Amerikanın Weiss reytinq agentliyi Ethereum rəqəmsal valyutasını Bitcoindən daha yüksək pillədə yerləşdirib.
Banker.az Forbes nəşrinə istinadən xəbər verir ki, Bitcoin valyutasının əsas rəqibi hesab olunan Ethereum B, bitcoin isə C+ olaraq qiymətləndirilib. Agentlikdən verilən məlumatda deyilir ki, bitcoin bazarda dominantlıq etsə də, “güclü brend” olsa da, tranzaksiyaların sürəti ilə bağlı problemlərə və şifrənin təcili yenilənməsinə hazırsızlığa görə reytinqdə yüksək pillədə yer almayıb.
Ethereum isə əksinə, yenilənmələrə daha yaxşı hazırdır və tranzaksiyaları sürətlə həyata keçirir.
Ümumilikdə reytinqdə yer alan 74 kriptovalyutadan heç biri A ilə qiymətləndirilməyib. Buna səbəb isə rəqəmsal pulların həddindən artıq dəyişkən olmasıdır.