“Etehreum” kriptovalyutası sentyabrın 15-dən yeni alqoritmə keçəcək – “Proof-of-Stake”. O, elektrik enerjisi və ya digər real iqtisadi resursların istifadəsini tələb etmir. Bundan əlavə, yeni alqoritm kiberhücum ehtimalını 51% azaldır.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
“Proof-of-Stake” elektrik enerjisi və ya digər real iqtisadi resurslardan istifadə etmədən əməliyyatları qeydə alır. Bundan əlavə, əməliyyatları təsdiqləmək üçün yeni üsul sistemin hakerlərə qarşı daha davamlı olmasına kömək edəcək.
“Ethereum Foundation”un tədqiqatçısı Castin Dreykin fikrincə, yeni texnologiyaya keçdikdən sonra fırıldaqçılara şəbəkəni həddindən artıq yükləmək üçün təxminən 25 milyon dollar lazımdır.
Kriptovalyutanın yaradıcısı Vitalik Buterin 2015-ci ildə “PoS” texnologiyasına keçməyi söz versə də, 9-12 ay ərzində yeniləmənin həyata keçiriləcəyini söyləyib.