21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Ethereum”un bahalaşması Çində videokart çatışmazlığına səbəb olub

Screen Shot 2021 09 02 at 14.34.20

Sentyabr ayının əvvəlində “Ethereum” kriptovalyutasının bahalaşması Çində videokart çatışmazlığına səbəb olub.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir. Bu, kriptovalyutanın qiymətinin avqustdan başlayaraq 60% artaraq tarixi 4.3 min dollara çatması fonunda baş verib.

Qeyd edək ki, hal-hazırda altkoin 3.9 dollara satılır. Videokartların bahalaşması digər ölkələrdə də müşahidə edilir. Məsələn, Almaniyada 8 avqustdan bəri videokartların qiyməti 9% artıb.

5 avqustda “Ethereum” şəbəkəsində əməliyyat haqqının hesablanması mexanizmini tamamilə dəyişdirən “London” yeniləməsi tətbiq edilib. İndi maynerlərin aldığı komissiyaların bir hissəsi ləğv edilir.

Yeniləmənin aktivləşməsindən sonra kriptovalyuta şəbəkəsində ümumi olaraq 542.5 milyon dollar dəyərində 155 mindən çox “Ethereum” ləğv edilib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər