26 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Ethereum”un dəyəri ilk dəfə $4100 həddini keçdi

Screen Shot 2021 09 02 at 14.34.20

“Ethereum” kriptovalyutasının dəyəri tarixində ilk dəfə 4100 dolları keçib və 4168 dollar təşkil edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, bir həftə əvvəl kriptovalyutanın dəyəri 3000 dollar təşkil edib ki, bu da onun yaradıcısı Vitalik Buterni milyarderə çevirib.

Mütəxəssislərin fikrincə, kriptovalyutaya artan maraq onun vasitəsilə bir-birini əvəzləməyən tokenləri (NFT) yaratmaq imkanının olması ilə əlaqəlidir.

Qeyd edək ki, “Ethereum” kriptovalyutası bitkoindən sonra dünyada ikincidir və onun kapitallaşması 475 milyard dollardır. Daha əvvəl analitiklər kriptovalyutanın dəyərinin 5200 dollara çata biləcəyini proqnoz ediblər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər