18 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Ethereum”un qiyməti 3.5 min dolları keçib

faizlere

Dünyanın ən böyük altkoinin kapitallaşması sürətlə artmağa davam edir.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Hesablamalara görə, son sutkada kriptovalyuta 9% bahalaşıb, onun kapitallaşması isə 412 milyard dollara çatıb.

1 sentyabrda “Ethereum”un dəyəri “Binance” kriptobirjasında 3.5 aylıq maksimumunu yeniləyərək 3.5 min dolları keçib.

Qeyd edək ki, hal-hazırda bu altkoinin kriptovalyuta bazarındakı payı 18% təşkil edir. Sonuncu dəfə belə bir artım 20 iyulda olub. Onda kriptovalyutanın qiyməti 106% artaraq 4.3 min dollara çatıb.

5 avqustda “Ethereum” şəbəkəsində əməliyyat haqqının hesablanması mexanizmini tamamilə dəyişdirən “London” yeniləməsi tətbiq edilib. İndi maynerlərin aldığı komissiyaların bir hissəsi ləğv edilir.

Yeniləmənin aktivləşməsindən sonra kriptovalyuta şəbəkəsində ümumi olaraq 542.5 milyon dollar dəyərində 155 mindən çox “Ethereum” ləğv edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər