13 C
Baku
Friday, April 26, 2024

“Ethereum”un yaradıcısı kriptovalyutaların hər an sıfıra düşməsini ehtimal edir

Kriptovalyuta bazarında yüksəliş bərpa olunsa da, əvvəlki kimi, eyforiya müşahidə edilmir.

“Forexpf.ru” saytına istinadən, bazarın məcmu kapitallaşmasını əks etdirən qrafikin texniki göstəriciləri də yüksəlişin davam etməyəcəyini göstərir.

“Kriptovalyutalar əvvəlki kimi, yeni və hipervolatil aktiv olmaqda davam edir. Onların qiyməti istənilən an sıfıra enə bilər”, – kapitallaşmasına görə kriptovalyuta bazarında ikinci yerdə qərarlaşan “ethereum”un qurucusu Vitalik Buterin öz “Twitter” səhifəsində bildirib.

“Kriptovalyutalara itirməyə heyfslənməyəcəyinizdən artıq investisiya qoymayın Yığımlar üçün ənənəvi maliyyə aktivləri daha güvənlidir”, – o qeyd edib.

V.Buterinin açıqlamaları kriptovalyuta investorları arasında birmənalı qarşılanmayıb. Onlar V.Buterini bazarda arzuedilməz panika yaratmaq istəyi ilə ittiham ediblər.

Qeyd edək ki, bu dəqiqələrdə kriptovalyuta bazarı 500 mlrd. dollar kapitallaşma həddini, “bitcoin” isə 11 000 dollar səviyyəsini ötüb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər