9 C
Baku
Monday, November 18, 2024

“Ethereum”un yaradıcısı Vitalik Buterin yeni vətəndaşlıq alıb

Moskva vilayətinin Kolomna sakini, ikinci ən populyar kriptovalyuta “Ethereum”u yaradan Vitalik Buterin yeni vətəndaşlıq alıb. KİV-in məlumatına görə, 28 yaşlı kriptomilyarder Monteneqro pasportunun sahibi olub. Balkan ölkəsinin səlahiyyətliləri hazırda blokçeyn sənayesini tənzimləmək üçün qanunvericilik bazası hazırlayır və gənc sahibkardan bu sənayenin inkişafında onlara köməklik göstərəcəyini gözləyirlər.

Monteneqro hazırda blokçeyn texnologiyasından “ən yaxşı” istifadə etməyə imkan verəcək və onu iqtisadi artıma yönəldəcək qanunlar hazırlayır. Buterin, Monteneqro səlahiyyətlilərinin gözlədiyi kimi, yerli kripto sənayesinin inkişafına kömək edəcək.

Vitalik Buterin 1994-cü ildə Kolomnada anadan olub. Onun altı yaşı olanda ailə Kanadaya köçüb. 2014-cü ildə gənc proqramçı diqqətini bitkoin haqqında öyrənməyə yönəldib və bir il sonra özünün blokçeyn platforması “Ethereum”u işə salıb.

2021-ci ildə 27 yaşlı Buterin dünyanın ən gənc kriptomilyarderi olub. “Forbes” onun sərvətini 1.3 milyard dollar olaraq qiymətləndirib. Eyni zamanda “Ethereum”un yaradıcısı “30-a qədər” reytinqin lideri olub.

Son xəbərlər
Digər xəbərlər