9 C
Baku
Sunday, December 1, 2024

Etibarlı online-parolunu necə yaratmaq olar?

İnternet-bankinqin inkişafı ilə online təhlükəsizlik məsələləri daha da aktuallaşır. Və bu təhlükəsizliyin təmin edilməsinə təkcə banklar yox, həm də istifadəçilərin özləri qüvvə sərf etməlidir.

Təhlükəsizliyin təmin edilməsinin ən mühüm aspektlərindən biri – parollar, həmçinin onları daha etibarlı etmək haqqında DailyFinance-ın müxbiri Ron Diker danışır.

Əgər siz hesab edirsiniz ki, uğurlu parol –ananızın adı üstəgəl birinci avtomobilinizin markasıdırsa, – biliklərinizi yeniləməyin vaxtı çatıb. Xakerlər artıq Fox News və Apple saytlarına hücum etmiş, hətta Beynəlxalq Valyuta fonduna və Gmail.com poçt servisinə çatmışlar. Belə bir şəraitdə sizi düşünməyə tənbəllik etdiyiniz parol necə xilas edə bilər?

Etibarlı (həm də yadda qalan) parollar tərtib etməkdə tövsiyələri ilə Mc Afee şirkətinin təhlükəsizlik üzrə mütəxəssisi Robert Sisiliano bölüşür.

Yuxarı və aşağı registrlərdə hərflərdən, rəqəmlərdən və simvollardan ibarət kombinasiyalardan istifadə edin. Bu o qədər də çətin deyil. Məsələn, əgər iamhappytobe29 (mənxoşbəxtəmki29yaşımvar) parolundan istifadə etmək istəyirsizsə, mən sözünü (i) birinci, xoşbəxt (happy) sözünün əvəvzinə gülüş smayliki : ) qoyun. Sonra malik olmaq (to) sözündə to-nu ona uyğun ixtisar edib 2 yazın, be-mii isə eşitdiyiniz kimi b hərfi ilə əvəz edin. Beləliklə, yeni parol belə olacaq: İam: )2b29. bu şəxsi imza olub sındırılmağa o qədər də sadə deyil.

Hər bir akkaunt üçün müxtəlif simvollardan istifadə edin. Siviliano əmin edir ki, bu çətin deyil. Sadəcə akkauntun məqsədindən asılı olaraq, parolun əsas sözünə yeni söz əlavə edin. Məsələn, bank akkauntu üçün bank sözünü əlavə edirik – İamI: )29bank, Aol.com-da aol əlavə edirik və İam: 029aol alınır və s.

Sevdiyiniz güllərin adı, heyvan adları, 11111 və bu kimi parollardan istifadə etməyin. Xakerlər artıq öz şəxsi “lüğət”lərini işləyib hazırlamışlar ki, burada müxtəlif adlardan və rəqəm ardıcıllıqlarından ibarət məlumat bazası toplanmışdır. Yenə də hər hansı yayılmış addan istifadə edirsinizsə, onun davamına nə isə əlavə edin ki, sındırılma ehtimalı bir qədər azalsın. Məsələn, siz istirahətdəsiniz. Qaldığınız şəhərin adı Positianodur. Bunun üçün Positiano123 sadəcə Positianodan daha etibarlı paroldur.

Sizi müşahidə edirlər. Əlbəttə, çox təşvişə düşmək lazım deyil, lakin yenə də olsun, sizi həqiqətən izləyirlər. Xakerlər daim Facebooku və digər  sosial şəbəkələri öyrənirlər. Onlar sizin parolu sındırmaq üçün sizin haqqınızda olan bütün informasiyaları öyrənirlər.

Bu yaxınlarda xakerlərdən biri Amerika siyasətçisi Sara Peylinin Yahoo!dakı poçt qutusunu sındırmışdı. O, Peylinin təvəllüdündən, poçt indeksindən və yoxlama suala həyat yoldaşı ilə harada tanış olduğu yerin adını yazmaqla, akkauntu sındıra bilmişdi. Nəticədə onun poçtunda olan bütün informasiya internet ictimaiyyəti üçün yetərli olmuşdu.

Sisilianonun sözlərinə görə, xakerlər hər şeylə maraqlanır, ixtiraçıdırlar və tapmacaları həll etməyi sevirlər.

Fişinqə münasibətdə diqqətli olun. Fişinq (ingiliscə phishing) – istifadəçinin adətən məktublar aldığı hər hansı təşkilatdan daxil olan məktub kimi görünən elektron məktubların köməyi ilə şəxsi məlumatların  götürülməsidir. Bu, dələduzluğun ən təhlükəli növüdür, belə ki, xakerlər potensial qurbanlarının onlayn həyat tərzini öyrəndikdən sonra məktubu olduqca həqiqiyə oxşar hazırlayırlar. Əgər sizdən elektron poçt vasitəsilə şəxsi məlumatlarınızı verməyi  xahiş edirlərsə, məktubun mənbəyinin legitimliyini yəqin edin. Və məktubu öndərəni tanımırsınızsa, heç vaxt bu məktublardakı istinadları tıklamayın. “Beləliklə, siz Pandoranın yeşiyini aça bilərsiniz. Siz öz şəxsi məlumatlarınızı pis oğlanlara verər və ya kompüterə casus virusu buraxa bilərsiniz” – deyə Sisiliano izah edir. Hər yarım ildən bir parolunuzu dəyişin. əgər sizin 15-dən artıq akkauntunuz varsa, parolların işlənib hazırlanması üçün xüsusi Roboform və ya Last Pass proqramlarından istifasdə edə bilərsiz.

Online mühafizəsi sizin kompüterin mühafizəsindən başlanır. Mütləq şəxsi kompüterinizə antivirus proqramı yükləyin. “Sizin çox etibarlı parolunuz ola bilər. Lakin əgər sizin kompüterə hər hansı virus daxil olmuşsa, bunun heç bir əhəmiyyəti olmayacaq. Sizin şəxsi kompüter qorunmalıdır, əks halda bütün qalan tədbirlər əbəsdir”, – deyə Sisiliano yekunlaşdırır.

Son xəbərlər
Digər xəbərlər