6 C
Baku
Saturday, December 14, 2024

Etibarnamə mülkiyyət hüququ yaradırmı? – Açıqlama

“Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir”.

Bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən Notariatın fəaliyyəti üzrə keçirilən onlayn brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir:

“Təmsilçilik isə mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır”.

“Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və başqa müqavilələr bağlanmalıdır”, – deyə H.Məmmədov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər