10 C
Baku
Thursday, December 12, 2024

“ETİBARSIZ” ETİBARNAMƏ – maşın alanda diqqətli olun

Müəllif: DJ Tural

Bu gün bir çoxları avtomobili etibarnamə ilə idarə edir. Yəni başqa bir şəxsdən avtomobil alır amma onu öz adına keçirtmək əvəzinə avtomobili “generalnıy” deyilən etibarnamə ilə idarə edir. Daha sonra o da başqa bir şəxsə etibarnamə ilə avtomobili satır Amma unutmayın size verilən və ya sizin verdiyiniz etibarnamə o qədərdə etibarlı kağız deyil.

1.Bu sənəd alqı-satqını təsdiqləmir.
2.Etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var.

Ümumiyyətlə etibarnamə nə üçün verilir?

Mülki Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdim edə bilər. 363.1-ci bəndinə əsasən, bu sənədin istənilən müddətə verilməsi mümkündür. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyənlər isə əhəmiyyətsizdir.

363.2-ci bəndində isə qeyd olunub ki, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, o, həmin sənədi vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 364-cü maddənin bəndlərində göstərilib ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə, yaxud etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

turalBundan başqa, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və ona səlahiyyətləri verdiyi şəxs haqqında lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz

Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hərəkətlərini etibar edir. Satmır !!!  Etibar edir !!!

İndi isə digər bir məqam etibarnamə ləğv oluna bilərmi?

Mülki Məcəllənin 365-ci maddəsinin bəndlərinə əsasən, müddəti bitdikdə, sənəddə nəzərdə tutulan hərəkətlər həyata keçirildikdə, onu vermiş şəxs etibarnaməni ləğv etdikdə, sözügedən vəkalətin verildiyi şəxs imtina etdikdə, adından, həmçinin adına etibarnamə verilmiş hüquqi şəxslərə xitam verildikdə, etibarnaməni vermiş fiziki şəxs öldükdə, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayıldıqda sözügedən sənəd qüvvədən düşür.

Beləliklə pul ödəyib avtomobil alırsız və bu zaman məlum olur ki, siz avtomobilsiz qala bilərsiz. Bəs bunun qarşısını necə almalı? Avtomobili necə adınıza keçirdə bilərsiniz?

1.Başqa bir şəxsə “generalnıy” (baş) etibarnamə verin.
2.Həmin şəxs avtomobili qeydiyyatda olduğu ərazidən çıxardır.
3.Aranızda bağışlanma sənədi imzalanır.(Alqı-satqı da ola bilər)
4.Avtomobili adınıza qeydiyyata keçirdə bilərsiniz.

Rüsumlar:

17 azn – qeydiyyat şəhadətnaməsi (texniki passport) .
22 azn – qeydiyyat nişanı.

Əgər avtomobil qeydiyyat düşdüyü ərazidən kənardadırsa bu zaman qeydiyyat olduğu əraziyə getməli, avtomobili oradan qeydiyyat çıxartmalı bu zaman 22 azn ödəyib tranzit nömrə alınmalıdır. Texniki pasportun içərisində avtomobilin hara getdiyi və nə məqsədlə getdiyi qeyd olunmalıdır. (Mexaniki Nəqliyyat Vasitələrinin qeydiyyatı haqqında Nazirlər kabinetinin 40 saylı qərarı.)

Daha sonra hansı ərazidə qeydiyyata düşməlidir o əraziyə avtomobil gətirilir və yuxarıda sadalanan əməliyyat aparılır.

Unutmayın: Avtomobil alan zaman onu adınıza qeydiyyata saldırın. Bunun üçün sizin cəmi 39 azn xərciniz çıxacaq. Amma daha sonra probleminiz olmayacaq.

Mənbə: http://avtostop.tv

Son xəbərlər
Digər xəbərlər

14 ŞƏRH

Comments are closed.