Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti bu ayın əvvəlindən Bakıya həyata keçirdiyi uçuşarı daha effektiv təşkil etmək üçün Seyşel adalarının “Air Seychelles” şirkəti ilə kod-şerinq müqaviləsi bağlayıb.
Xarici mətbuata istinadən, bu müqavilə əsasında Bakı-Abu Dabi aviareysi həftədə 3 dəfə həyata keçiriləcək.
Son nəticədə Azərbaycan paytaxtı ilə Seyşel adaları arasında hava əlaqəsi asanlaşacaq. Qeyd edək ki, “Air Seychelles” də Abu-Dabiyə uçuşlar yerinə yetirir.
“Air Seychelles”in əsas icraedici direktoru Remko Altuis bildirib ki, müqavilə Azərbaycan və BƏƏ arasındakı uçuşlara artan tələbata uyğundur.