Etikaya dair hər bir maliyyəçinin izləməli olduğu filmlər

Hansı daha vacibdir – etik normalar, yoxsa karyera? Bəzən maliyyəçilər seçim etməli olurlar. 

“Eşidilmiş” (Overheard, 2009)

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

İqtisadi cinayətkarlıq şöbəsinin üç həmkarı – Jony, Jin və Maks – uzun müddətdir qiymətli kağızlar bazarında manipulyasiyalarla məşğul olan şirkəti izləyirlər. Bir gün onlar baş direktor ilə katib arasındakı söhbəti eşidirlər və yaxınlarda səhmlərin kəskin artacağından xəbər tuturlar. Jin və Maks yaranmış vəziyyətdən yararlanmaq qərarına gəlirlər: biri oğlunu əməliyyat elətdirmək üçün pula ehtiyac duyur, digəri isə gələcək qayınatasına müstəqil olduğunu sübut etmək istəyir. 

“İblisin vəkili” (Devil’s Advocate)

Film ölkənin ən məşhur vəkili olan Kevin Lomax-dan bəhs edir. Baş qəhrəman ittiham olunan şəxsin həqiqətən də günahkar olduğu halda belə geri çəkilmir.  Qələbə ona yeni iş, yaxşı pul və Nyu-Yorkda lüks mənzil gətirir. Bütün diqqətini işə yönəltmiş Kevin, ətrafındakı hadisələrə məhəl qoymur. Tədricən, Kevin həyatında baş verən pis hadisələrin təsadüf ola bilməyəcəyini başa düşməyə başlayır. Açıqlanmış həqiqət onu çətin vəziyyətə salmış olur – digər insanların həyatı Kevin-in qəbul etdiyi qərardan asılıdır. 

“Bülbülü öldürmək” (To Kill a Mockingbird, 1962)

Atticus Finch Amerikanın cənubundakı şəhərlərinin birində vəkil kimi işləyir və ağ qadına təcavüz etməkdə günahlandırılan günahsız Afrika amerikalısını müdafiə edir. Şəhər əhalisinin təzyiqinə baxmayaraq, vəkil əlindən gələni etməyə çalışır. Eyni zamanda, baş qəhrəmanın böyüyən övladları, ədalətin və mərhəmətin nə olduğunu başa düşürlər, seçim etməyi və bu seçimə görə məsuliyyət daşımağı öyrənirlər. 

“Casus körpüsü” (Bridge of Spies, 2015)

Bruklin borosunun sığorta vəkili olan James Donovan çox çətin vəziyyətə düşür: Nyu-Yorkda ona casusluqda ittiham olunan Rudolf Abel-in müdafiəsi tapşırılır. Baş qəhrəman iki od arasında qalmış olur – bir tərəfdən, peşəsinin etik tərəfi və müştəri hüquqlarının qorunması, digər tərəfdən, cəmiyyətin mənfi reaksiyası. Nəticədə Donovan ölüm cəzasının ləğvinə nail ola bilir və bir müddət sonra vəkil SSSR-yə, Amerikanın kəşfiyyat təyyarəsinin pilotunun sərbəst buraxılması barədə razılığa gəlmək üçün göndərilir. Donovan bu vəzifənin öhdəsindən layiqincə gəlir və qəhrəman olaraq vətəninə qayıdır. 

“Serpiko” (Serpico, 1973)

Film real hadisələr üzərində qurulub və Nyu-York şəhərinin polisi olan Frank Serpico-nun həyat hekayəsindən bəhs edir. Səhnədə korrupsiya, vicdan və şərəf mövzularına toxunulur. Polis bölməsində işləməyə başlamış gənc Frank, xidmət etmək istədiyi idealların çoxdan unudulduğunu kəşf edir. Demək olar ki, bütün həmkarların korrupsiya şəbəkəsinə qoşulmasına baxmayaraq, o, ədalət uğrunda mübarizəyə başlayır. Qəhrəman başa düşür: qarşıdurma mənasızdır, tək başına qalib gəlmək çətindir, amma yenə də başqalarına nümunə olmaq şansım var. 

“Öz adamımız” (The Insider, 1999) 

Film real həyatda olmuş hadisələrin əsasında çəkilib. Burada ən böyük tütün korporasiyalarının böhranına səbəb olan Jeffrey Wygand-dan bəhs olunur. Vəzifəsindən kənarlaşdırılmamışdan tədqiqat işləri üzrə vitse-prezidentin öhdəliklərini yerinə yetirib. Onu tütün istehsalçılarının istehlakçıların sağlamlığı və təhlükəsizliyinə necə laqeyd yanaşdıqlarını izah etmək üçün televiziya şousuna dəvət edirlər. Wygand keçmiş işəgötürənlə açıqlanmayan razılaşma ilə əlaqəli olmasına baxmayaraq bu təklifi qəbul edir və seçim qarşısında qalır: məxfi məlumatları açıqlamaq və ya cəmiyyəti və öz ailəsini təhlükəyə atmaq.

“Siz bu kompüterə etibar edirsiniz?” (Do you trust this computer? 2018)

Bu maraqlı sənədi film qlobal İnternet şəbəkəsində məxfilik mövzusuna həsr olunub. “İstifadə qayda və şərtlərini qəbul edirəm” düyməsini mexaniki basaraq nələrə razılıq vermiş oluruq? Google və Facebook kimi böyük şirkətlər bizim haqqımızda hansı məlumatları əldə edirlər? Filmin bəzi epizodları eyni anda həm şok edici, həm də maraqlıdır.

“Müddət və şərtlər dəyişdirilə bilər” (Terms and conditions may apply, 2013)

Sənədi film süni intellektin imkanlarına həsr olunmuş reportajlardan ibarətdir. Stenford Universitetinin professoru Jerry Kaplan, sahibkar Elon Musk, futurist Rey Kurzweil və başqaları müasir rəqəmsal texnologiyalar və onların gələcəyimizə təsiri barədə danışırlar. Səslənən proqnozlar, pessimist və hətta qorxuncdur, rejissor bizə demək istədiyi budur: “Faktlar var, biz sizə xəbərdarlıq etdik”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları