25 C
Baku
Saturday, July 27, 2024

“Etilen-Polietilen” zavodunda istehsal artacaq

SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun modernizasiyası bu ilin III rübündə tam başa çatdırılacaq.

Bu barədə jurnalistlərə “Etilen-Polietilen” zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev bildirib.

Onun sözlərinə görə, zavodda modernizasiyanın aktiv fazasına 2017-ci ildə başlanılıb.

“Modernizasiya çərçivəsində işlərinin 94%-i başa çatdırılıb. Artıq ilkin sazlama işlərinə başlanılıb”, –  deyə Q. Əliyev qeyd edib.

Qeyd edək ki, “Etilen-Polietilen” zavodu 1989-cu ildən fəaliyyətdədir. Zavodun modernizasiyasının baş podradçısı “Technip” şirkətidir.

©APA

Son xəbərlər
Digər xəbərlər