5 C
Baku
Thursday, February 22, 2024

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara “SOCAR” və “AzerGold” adından investisiya layihəsinin həyata keçirilməsi barədə mesajlar göndərilir.

Nazirlikdən verilən məlumata görə, onlardan layihədə iştirak etmək üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatlar istənilir. Nəticədə həmin məlumatları təqdim edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.

Bununla əlaqədar Elektron Təhlükəsizlik Xidməti vətəndaşları maksimum diqqətli olmağa çağırır. Belə ki, hər hansı qurum adından bu kimi investisiya layihələri və ya cəlbedici kampaniyalar barədə məlumat aldıqda, fərdi məlumatlarını təqdim etmədən və qeyd olunan keçidə daxil olmadan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya rəsmi internet informasiya ehtiyatına daxil olaraq məlumatın düzgünlüyünü yoxlamaq tövsiyə edilir.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə “1654” qaynar xətti, yaxud www.cert.az internet informasiya ehtiyatı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Son xəbərlər
Digər xəbərlər