10 C
Baku
Tuesday, November 26, 2024

EURO-2020 və Azərbaycan iqtisadiyyatı

Artıq məlum olduğu kimi, futbol üzrə Avropa çempionatının 4 oyunu Bakıda keçiriləcək. Bu oyunlar qrup mərhələsinin 3 oyunu və ¼ finalın 1 oyunu olacaq. Qeyd edək ki, futbol üzrə Avropa çempionatı bütün idman tədbirləri sırasında Olimpiya oyunları və futbol üzrə dünya çempionatından sonra üçüncü əhəmiyyətli turnir hesab edilir.

1960-cı ildən başlayaraq Avropada hər 4 ildən bir bu turnir həyata keçirilir.

Sözsüz ki, bu turnir dünya əhəmiyyəti daşıyır. Bəs Azərbaycan çempionatın 4 oyununa ev sahibliyi etməklə nə kimi fayda əldə edəcək?

Ümumi sosial-iqtisadi faydalar:

– Gənclər arasında idmana marağın yüksəldilməsi ilə sağlam həyat tərzi ideyasının dəstəklənməsinə ideal stimul;

– Şəhərsalma və infrastukturun inkişafına əlavə təkan;

– Qitə miqyasında olan tədbirə ev sahibliyi etməklə ölkə imicinin yaxşılaşdırılması;

Yuxarı sadalananlar ilə yanaşı, Azərbaycanın bu turnirdən əldə edəcəyi əsas qazanc turizm və ölkəyə edilən investisiya sayəsində olacaq. Ölkənin turnir vasitəsilə daha da məşhurluq qazanması və sabit iqtisadi iqlim investisiya üçün Azərbaycanın qapılarını əcnəbi səhmdarların üzünə açacaq.

Oyunları izləmək üçün Bakıya gələn əcnəbilər restoranlara, otellərə, suvenirlərə və nəqliyyata pul xərcləyəcək. Bütün bu turist axınını layiqincə qarşılamaq və qonaq etmək üçün əlavə geniş miqyaslı tikililərə ehtiyac yaranacaq.

Oyunların Bakıda keçirilməsi ilə bağlı yaranan sual isə belədir: “Şəhər infrastrukturunun yaxşılaşdırılmasına, stadionlara, marketinq gedişlərinə edilən yatırımlar oyunların keçirilməsindən sonra əldə edilən gəlirlərə bərabər olacaqmı?”. Oyunların yüksək səviyyədə keçirilməsini təmin etmək isə birbaşa olaraq ev sahibi olan ölkənin öhdəliyinə düşür.

Son xəbərlər
Digər xəbərlər