6 C
Baku
Saturday, December 14, 2024

Euro2016 və iqtisadiyyat: Kimlər nə qədər qazanacaq?

10 iyun tarixində start götürən futbol üzrə Avropa çempionatı UEFA üçün rekord gəlirli çempionat ola bilər. Lakin turnirə ev sahibliyi edən Fransa iqtisadiyyatı üçün isə bu çempionatın effektinin ömrü elə də uzun olmaya bilər.

Cari çempionatda digər Avropa çempionatlarından fərqli olaraq 24 ölkənin milli komandası iştirak edir (son 20 ildə yalnızca 16 milli komanda iştirak edirdi). Bu faktı nəzərə alaraq təşkilatçılar bilet satışından, televiziya yayımlarından və ölkəyə gələn turist sayından rekord həddə gəlir əldə edə bilər.

Fransa Euro 2016-nın təşkil edilməsi üçün nə qədər vəsait xərcləyib?

Fransanın bu çempionatı təşkil etməsi ilə bağlı əsas xərcləri stadion inşası və yenidən bərpa edilməsi ilə əlaqədar idi. Ümumilikdə xərclənən vəsait 1,7 milyard avro təşkil edir. Bu məbləğin 62%-i özəl sektordan edilən investisiya, 38%-i isə büdcə vəsaitləri idi. Qeyd etmək lazımdır ki, çempionatın keçirilməsinin yekunlarına əsasən əldə edilən xalis gəliri uğurlu nəticə adlandırmaq olar.

UEFA bu çempionatdan nə qədər qazanacaq?

Mart ayının əvvəlində, UEFA-nın elan etdiyinə görə, bu çempionatdan əldə edilməsi gözlənilən gəlir 1,9 milyard dollardır. Son 4 çempionatda olduğu kimi, gəlirin böyük hissəsi 1 milyard dollar dəyərində olan yayım hüququnun payına düşür. Sponsor haqlarının, lisenziyaların satılmasından və merçendayzinqdən gələn gəlir isə 400 milyon avro təşkil edəcək.

UEFA üçün ikinci gəlirli cəhət bilet satışı olacaq. İlkin qiymətləndirilmələrə görə, futbol federasiyası bilet satışından 500 milyon avro qazana bilər. Ümumilikdə UEFA müxtəlif qiymətə sahib 1 milyon bilet satışa buraxmışdır. Qrup mərhələsi üçün ən ucuz biletin dəyəri 25 avrodur. Ən bahalı biletlər isə 895 avro dəyərində olan final oyununun biletidir.

Bununla yanaşı, UEFA bilet satışı ilə bağlı müəyyən məhdudiyyətlər təyin etmişdir. Belə ki, satışda yalnız bir nəfərlik biletlər var, eyni anda 4-dən artıq bilet almaq olmaz, eyni gündə iki oyuna bilet almaq mümkün deyil, oyun günü stadiondan bilet almaq olmaz. Bundan əlavə, Avropa çempionatının saytı biletlərin reallaşdırılması üçün yeganə qanuni platformadır.

Çempionat iştirakçıları olan ölkələr idmançıların yerləşdirilməsi üçün nə qədər pul xərcləyib?

Çempionatda iştirak edən 24 ölkənin komadaları bütün Fransa boyu 4 və 5 ulduzlu otellərdə qərarlaşıb. Bu komandalardan yalnız 4-ü – İrlandiya, Portuqaliya, Rusiya və Fransa komandasının oyunçuları paytaxt əraizisində yerləşib. Həmçinin hər bir komanda üçün otelin yaxınlığında məşq üçün meydança ayrılmışdır.

İyun ayının əvvəlində Britaniyanın Daily Mail nəşri futbolçular üçün bron edilmiş otel nömrələrinin dəyərini nəşr etmişdi. Ən bahalı otel nömrələri İngiltərə yığması üçün bron edilmişdi və futbolçuların bu nömrələrdə keçirəcəkləri bir gecənin dəyəri 635 avrodur. Ən ucuz otel nömrələri bron edən komanda isə İsveçrə yığmasıdır. Belə ki, ölkə futbolçularının qaldığı otel nömrəsinin 1 gecəlik dəyəri 110 dollardır.

 

Avropa çempionatı Fransa üçün nə dərəcədə gəlirli ola bilər?

Aparılan araşdırmalara görə, Fransanın çempionata ev sahibliyi etməsindən əldə edəcəyi müsbət effekt 1,26 milyard avro olacaq.

Turnirin davam edəcəyi 1 ay ərzində stadionlara 2,5 milyon insan toplaşacaq və UEFA təxminlərinə görə həmin şəxslər ümumilikdə 1 milyard dollar xərcləyəcək. Fransa ticarət-sənaye palatasının məlumatlarına əsasən, azarkeşlərin 1,5 milyondan çoxunu əcnəbi turistlər təşkil edəcək.

Fransanın CDES mərkəzinin hesablamasına görə, azarkeşlər təqribən 800 milyon avro xərcləyəcək. Bu məbləğin 200 avrosunu isə Fransa şəhərlərində oyunları izləmək üçün yaradılan fan-zonelar qazandıracaq.

Çempionatın əsas partnyorları kimlərdir?

Adidas, Carlsberg və Coca Cola şirkəti Euro 2016-nın partnyorları sırasındadır. Ümumilikdə isə, UEFA-nın dünya üzrə 10 əsas partnyoru vardır ki, bunlar sırasına Çinin elektrik cihazları istehsal edən Hisense şirkəti, Turkish Airlines və Azərbaycanın dövlət neft şirkəti olan SOCAR da daxildir.

SocGen, Vinci və Eiffage tikinti şirkətləri isə çümpionatın inşa işlərini həyata keçirmişlər. Oyunlar 10 stadionda keçiriləcək və bunlardan 4-ü “sıfırdan” yaradılmış, 6-sı isə bərpa olunmuşdur. Ümumilikdə layihələrin icrası üçün 828 milyon avro xərclənmişdir.

Qaliblər və iştirakçılar nə qədər vəsait qazanacaq?

Рекордные прибыли, которые получит УЕФА благодаря расширению состава участников чемпионата, помогут также увеличить призовые для национальных федераций тех стран, сборные которых участвуют в Евро. На нынешнем Евро общая сумма призовых составит €301 млн (в 2012 году — €194 млн).

Çempionatın qalibi 27 milyon avro gəlir əldə edəcəyi bir zamanda, digər iştirakçılar minimum 8 milyon avro qazanacaq. Son nəticə komandanın turnir cədvəlində tutduğu yerdən asılı olaraq dəyişəcək.

Son xəbərlər
Digər xəbərlər