17 C
Baku
Saturday, May 4, 2024

“Eurobank” aktivlərinin hərraca çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib

“Eurobank” aktivlərinin böyük bir hissəsinin hərraca çıxarılaraq satılması ilə bağlı yayılan informasiyaya münasibət bildirib.

Bankın Müşahidə Şurasından agentliyə daxil olan məlumatda deyilir ki, “Eurobank” ASC və Azərbaycan Mərkəzi Bankı arasında məhkəmə prosesi tam yekunlaşmayıb: “Proses yekunlaşandan sonra aktivlərin qiymətləndirilməsi baş tuta və digər müvafiq addımlar atıla bilər. Lakin hazırda məhkəmə prosesi davam edir və aktivlərin hərraca çıxarılaraq satılması gündəmdə deyil”.

 

Xatırladaq ki, ötən gün “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu agentliyə bildirib ki, “Azərbaycan Kredit Bankı” və “Eurobank”ın aktivlərinin hamısı açıq hərraca çıxarılıb.

APA-Economics

Son xəbərlər
 ⁠
Digər xəbərlər