7 C
Baku
Thursday, December 12, 2024

“Eurohome” şirkəti ilə bağlı qərar verildi

Binəqədi Rayon Məhkəməsində “Eurohome” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

Xatırlatma: “Eurohome” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Qeyd: 2019-cu il dekabrın 10-da “EuroHome” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Nəticədə 128 nəfərə məxsus əmlak yanıb. Faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılıb, bir neçə şəxs həbs edilib.

Son xəbərlər
Digər xəbərlər