9 C
Baku
Thursday, December 12, 2024

“European Tobacco-Baku” səhmdarlarına dividend ödəyəcək

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 21 nömrəli ünvanda yerləşən 18 iyun 2023-cü il tarixində “EUROPEAN TOBACCO – BAKU” ASC səhmdarlarının növbəti ümumi yığıncağı “Qafqaz Business Center”-də (Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12) keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

– Cəmiyyətin idarəetmə orqanlarının 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid illik hesabatının təsdiqi.

– Cəmiyyətin 2022-ci il üzrə xalis mənfəətinin səhmdarlar arasında bölüşdürülməsi və dividendlərin ödənilməsi qaydasının təsdiqi.

Qeyd edək ki, “European Tobacco-Baku” 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 44 635 220 manatdır və qanuni təmsilçisi Zaur Səfərovdur.

 

 

Son xəbərlər
Digər xəbərlər