Azərbaycanda siqaret istehsalçısı “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı kəskin azalıb.
Banker.az xəbər verir ki, ASC-nin nizamnamə kapitalı 44 milyon 635 min manatdan 134 min manata endirilib.
Şirkət bundan öncə azaldılması ilə bağlı elan vermişdi.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır.