7 C
Baku
Thursday, December 12, 2024

EUR/USD məzənnəsi psixoloji həddi keçib

Dolların avro ilə müqayisədə məzənnəsi kritik səviyyə sayılan 1,10 USD/EUR həddindən aşağı enib. Dolların möhkəmlənməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dünən keçirdiyi iclasda yaxın gələcəkdə uçot dərəcəsinin artırıla biləcəyi barədə bəyənatları olub. Belə ki, ABŞ-da əmək bazarının güclənməsi və inflyasiyanın artmağa davam etməsi fonunda FES-in ilin sonuna qədər faizləri artırması gözlənilir. Bu xəbər dolların qlobal valyuta bazarında möhkəmlənməsinə səbəb olub. Nəticədə, məzənnə kritik hədd sayılan 1,10 USD/EUR səviyyəsindən aşağı enib. 

Dollar, həmçinin Britaniya funtu, Rusiya rublu, Türkiyə lirəsi, Çin yuanı ilə müqayisədə də möhkəmlənib və müvafiq olaraq 1,2160 USD/GBP, 63,40 RUB/USD, 3,11 TRY/USD və 6,73 CNY/USD-yə çatıb.

Yerli analitika qrupu Report dolların məzənnəsinin getdikcə möhkəmlənəcəyini, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin 1,08-ə kimi, ilin sonuna isə paritetə qədər enəcəyini proqnozlaşdırır. Dolların möhkəmlənməsi prosesinin əmtəə qiymətlərini də aşağı salacağı ehtimal edilir. Neftin qiymətinin isə 40-45 dollar/barel, qızılın isə 1 150 dollar/unsiyaya qədər azalması gözlənilir.

Xatırladaq ki, USD/EUR məzənnəsi hazırda 1,0990 səviyyəsində qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər