9 C
Baku
Monday, December 23, 2024

EUR/USD valyuta cütlüyünün xüsusiyyətləri

Avro – ABŞ dolları – müasir dünyanın ən əsas iki valyutasının məzənnəsi arasındakı əlaqəni göstərən beynəlxalq valyuta bazarının ən vacib valyuta cütlüyü. EUR/USD-in payına Forex bazarındakı gündəlik əməliyyatların təxminən 30%-i düşür. Vahid Avropa valyutası olan avro 1 yanvar 1999-cu ildə yaranmışdı. Onun yarandığı dövrdə Avrozonaya 11 dövlət daxil idi. Hazırda onların sayı on altıya qədər artmışdı.

1999-2000-ci illərdə yeni valyuta azalan istiqamətdə hərəkət edirdi və bir avro təxminən $0,82-a qədər düşmüşdür. Belə bir enişdən sonra avro tendensiyanı qıra bildi və bir neçə il artan templə davamlı şəkildə irəlilədi. 2008-ci ilin yayında bir avro maksimum həddə çataraq 1,60 dollara bərabər olmuşdu. Beynəlxalq maliyyə böhranı vahid Avropa valyutasının artım tempini dayandırdı. 2010-cu ildə o, 1,19-dan da aşağı düşmüşdür. Forex bazarının ən məşhur valyuta cütlüyü EUR/USD-ə böyük tələbat var. Bir tərəfdən bu, yüksək likvidlik yaradır və hətta ən iri investorların belə onun məzənnəsi ilə manipulyasiya etməsini çətinləşdirir. Digər tərəfdən, bu valyuta cütlüyü sutka ərzində bir neçə dəfə tendensiyanı dəyişdirə bilər/

EUR/USD-in daha bir vacib xüsusiyyəti: bir qayda olaraq, bu valyuta cütlüyünün dəqiq müəyyən edilmiş dəstək və müqavimət xətləri mövcuddur. Öküz trendi nisbətən nadir hallarda müşahidə olunur. EUR/USD böyük dəyişkənliklərdən əziyyət çəkməyən kifayət qədər “sakit” cütlükdür. Trendin dəyişməsi adətən yavaş-yavaş baş verir. EUR/USD cütlüyünün vəziyyətinin fundamental analiz edərkən eyni zamanda, həm ABŞ, həm də Avropada baş verən xəbərləri izləmək lazımdır. Bir qayda olaraq, treyderlər bu valyutanı yeni başlayanlar üçün o qədər də münasib hesab etmirlər. Düzdü, EUR/USD üzrə verilən proqnoz və analitikaların sayı çox olsa da, bu yalnız yeni başlayanları çaşdırmaq üçündür. EUR/USD ilə ticarətin əsas qaydası trendin əksinə əməliyyat açmamaqdır. Cütlük həm gündəlik, həm də uzunmüddətli ticarət üçün çox uyğundur.

Son xəbərlər
Digər xəbərlər