26 C
Baku
Saturday, July 27, 2024

“Eutelsat” və “OneWeb” şirkətləri birləşir

Fransanın “Eutelsat Communications” şirkəti İngiltərənin “OneWeb” şirkəti ilə birləşmək üçün danışıqlar apardığı barədə şayiələri təsdiqləyib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Eutelsat” qeyd edir ki, tərəflər hələlik yekun razılaşma əldə etməyiblər, hansıki öz növbəsində tənzimləyici orqanlar tərəfindən təsdiqlənməli olacaq. Əslində sövdələşmədə eyni vaxtda dörd ölkə iştirak edir. “Eutelsat” Fransa hökuməti tərəfindən “BPIFrance” dövlət fondu vasitəsilə dəstəklənir. Şirkətin dördüncü ən böyük səhmdarı isə Çinin “China Investment Corp” suveren fondudur.

“OneWeb” 2020-ci ildə iflas prosedurundan keçib. O vaxtdan bəri onun əsas səhmdarları hindistanlı milyarder Sunil Bharti Mittal və Böyük Britaniya hökuməti olub.

Keçən il Britaniyanın digər peyk operatoru “Inmarsat” ABŞ-ın rəqibi “Viasat” tərəfindən 7.3 milyard dollara satın alınıb.

Son xəbərlər
Digər xəbərlər