Ev almağa dəyərmi? – Ekspert rəyi

0
Ekspert Rəşad Əliyev Mərkəzi Bankın üzən məzənnəyə keçməsindən sonra, əmlak bazarında qiymətlərin hansı istiqamətdə inkişafından söz açıb.
Tez-tez sual olunur ki, qiymətlər necə olacaq? Ev almağa dəyərmi? Həmişə mümkün qədər bu sualdan qaçırıq.

reshadKim necə lazım bilirsə elə də hərəkət etməlidir. Əmlak alan insanın qazancıda özünün olur, itkisidə özünün. Hazırki şəraitdə ev almağı tövsiyyə vermək olmaz, eyni zamanda ev almamağıda deməkdən çəkinmək lazımdır. İndi almaq satmaq qədər sərfəlidir. Neft amili yenidən daşınmaz əmlak bazarında ən əsas amilə çevrildi. İndi onun qiyməti hər şeyi həll edəcək. Buna görədə daşınmaz əmlakın gələcək qiymətləri haqda proqnoz vermək üçün gərək neftin uzunmüddətli qiymətlərinin necə olacağını bilmək lazımdır. Bunu isə dəqiq heç kim bilmir. Ona görədə belə proqnozları hazırki şəraitdə ancaq neftin qiymət ssenarisinə uyğun vermək olar. Neftin qiyməti 50 dollardan yuxarı qalxsa və orta qiymət uzunmüddət belə qalsa onda daşınmaz əmlak bazarından sabitləşmə gözləmək olar. Orta qiymət uzunmüddət 30-35 dollar olsa əmlakın dollar qiymətləri enməkdə davam edəcək. Bazara ciddi təsir edən 2-ci amil vətəndaşlarda olan milyardlarla dollar məbləğində sərbəst kapitaldır (əmanətlər, cari hesablar, “yorğan altındakı” pullar) və bu kapital qiymət enməsinə əks təsir göstərir. Ancaq nəzərə almaq lazımdır ki, bu kapitalın həcmi məhdudiyyətsiz deyil.