15 C
Baku
Wednesday, October 2, 2024

“Ev nəyə lazımdır, axı?!”

Linn Martin və yoldaşı Tim-in artıq yaşları 60-dan çox olduqda özlərinə tamamilə yeni bir həyat yaratmaq qərarına gəlirlər. Daha doğrusu yeni və heyrətamiz şəkildə maraqlı bir həyat tərzi. Düzdür, onlar bu həyat tərzinə başlamaq üçün özlərinin əvvəl sahib olduqları bütün vərdişləri unutmalı oldular. Hətta sahib olduqları hər bir şeydən.

Beləliklə onlar köçəri həyat tərzi sürməyə başlayırlar. Onlar əmindirlər ki, bu onlarım yaşına uyğun gələn ən uyğun həyat tərzidir.
Hər şey isə Linn-in 69, Tim-in 65 yaşı olduqları zaman Meksikaya səfər etmələri ilə başlayır. Artıq evə qayıtmaq zamanı gəldikdə Linn Timə belə demişdi:

“Bilirsən, əzizim, mən tək məzuniyyət dövründə deyil, ilin bütün dövrlərində səyahət etmək istərdim. Bizim hələ dünyada görmədiyimiz nə çox yer var!”

Belə məlum olur ki, Tim də onunla eyni fikirdədir. Lakin bunun üçün bu qədər pulu hardan tapmaq olardı? Səyahət ucuz başa gələn əyləncə deyil.  Bu zaman onların ağlına belə bir fikir gəlir: Səyahət etmək çox bahalıdır, lakin bir halda ki, səyahətdən evə qayıdacaqsan. Bəs biz bunu etməsək, onda nə olar?

Ev nəyə lazımdır?! Ucuz və rahat mənzili internet vaitəsilə dünyanın hər bir yerindən icarəyə götürmək olar. Qohumlarla Skype vasitəsilə ünsiyyət qurmaq, bank hesablarına isə internetlə nəzarət etmək mümkündür. “Ev” anlayışı zamanla öz əhəmiyyətini itirir, lakin bunu qəbul etməyə cəsarət lazımdır. Noutbuk və bir qədər paltar – insana əsl lazım olanlar bunlardır.

Onların hesablamalarına görə, köçəri həyat sürmək daimi evə sahib olmaqdan daha ucuz başa gəlir. Tim və Linn Meksikadan qayıtdıqdan dərhal sonra evlərini satır (onların böyük övladları heyrət içərisində idilər), mebellərini satışa çıxarır, az əhəmiyyətli əşyaları isə anbara göndərirlər. Nəticədə yaşlı macəra həvəskarlarının yalnız 1 çemodan paltarı və noutbuku qalır.

O zamandan etibarən artıq üç ildir ki, onlar dayanmadan səyahət edirlər. Bu dövrlər onların ən xoşbəxt olduqları dövrdür. Yaşlı cütlük səyahət etdikləri ölkələrdə ucuz və rahat mehmanxanalarda otaq icarəyə götürür və restoranlarda nahar edirlər.

Son xəbərlər
Digər xəbərlər