“Xüsusi karantin rejiminin tətbiqi ilə bərabər ev şəraitində müalicə olunanlarla bağlı xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir şəxs dövlətin qarşıya qoyduğu vəzifə və tapşırıqlara riayət etməlidir.