10 C
Baku
Saturday, December 21, 2024

Ev sahibi və kirayədə qalanlar cərimələnə bilər

Sosial şəbəkələrdə kirayə müqaviləsi bağlamayanların cərimələndiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, mənzildə kirayə qalan zaman müqavilə bağlanmadıqda ev sahibi 800, evdə qalan şəxslər isə 50 manat ödəməli olur. Bəs əslində proses necədir?

Hüquqşünas Emil Aslanov “Xəzər Xəbər”ə bildirib ki, mülki qanunvericiliyə əsasən, müəyyən olunan vergilər ev sahibi tərəfindən ödənilmədikdə cərimə tətbiq oluna bilər.

Onun sözlərinə görə, kirayə müqaviləsi olmadıqda kirayəçi yox, ev sahibi cərimələnir.

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, vətəndaş qeydiyyatda olduğu ərazidən uzaqda 60 gündən artıq yaşayarsa və bu barədə nazirliyə məlumat verməzsə, barəsində inzibati tənbeh tədbiri görülür.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, qeydiyyatdan çıxmaqla bağlı qaydalara əməl etməyən vətəndaşları 30 manat məbləğində cərimə gözləyir.

Son xəbərlər
Digər xəbərlər