Ev təsərrüfatına verilən kreditlərin məbləği açıqlanıb.
Bu barədə Banker.az Mərkəzi Banka istinadən xəbər verir.
Belə ki, 2022 –ci ilin noyabr ayında ev təsərrüfatlarına cəmi kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.4% artaraq 10 mlrd 769.6 mln manat təşkil edib.
Cəmi kredit qoyuluşunun 95%-i ( 10 mlrd 289.4 mln manat ) milli valyuta ilə, 5%-i ( 480.3 mln manat) isə xarici valyuta ilə verilən kreditlərdir.
O cümlədən sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslərə verilən cəmi kredit qoyuluşu 2 mlrd 075.9 mln manat təşkil edib ki, bu da ötən illə müqayisədə 40% artım ( ötən il 1 mlrd 482.7 mln manat) deməkdir.