Avropa Parlamentinin sədri Roberta Metsola Eva Kaylini müavini səlahiyyətlərindən məhrum etmək qərarına gəlib.
Bu barədə İtaliyanın ANSA agentliyi Avropa Parlamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Belçika hakimiyyət orqanları tərəfindən davam edən araşdırma fonunda R.Metsola Avropa Parlamentinin vitse-prezidentinin bütün səlahiyyətlərini Eva Kaylidən götürmək barədə qərar verib və bu, dərhal qüvvəyə minir.
Digər təfərrüatlar barədə məlumat verilməyib.
Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.