28 C
Baku
Saturday, July 27, 2024

Evdə yemək hazırlamaq restorandan ucuz başa gəlir – İnflyasiyanın təsirləri

Ərzaq məhsullarının qiymətləri restoran qiymətlərindən 5% bahalaşıb və bu, amerikalıları evdə yemək əvəzinə sərfəli restoranlara üz tutmağa sövq edir.

ABŞ-da ərzaq qiymətləri kəskin şəkildə yüksəlir. Restoranda yemək əvəzinə evdə yemək bişirmək çox vaxt yemək xərclərini azaltmağın asan və etibarlı yolu kimi qeyd olunur. Banker.az “Finansgundem”ə istinadən xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatında 1980-ci ildən bəri ən yüksək səviyyəyə çatan ərzaq qiymətləri ənənəvi qənaət üsullarına da təsir edir.

ABŞ Əmək Departamentinin paylaşdığı 2022-ci ilin iyul ayı istehlak qiymətləri indeksi rəqəmlərinə görə, market və restoran qiymətləri illik əsasda müvafiq olaraq 13.1% və 7.6% artıb. Wall Street Journal-dan Heather Haddon, bu 5.5% fərqin 1979-cu ildən bəri ərzaq mağazaları və restoranlar arasında mövcud olan ən böyük inflyasiya fərqi olduğunu deyib. Haddon, bu göstəricinin 1980-ci illərdən bəri gördüyümüz ən böyük ərzaq inflyasiyasının bir hissəsi olduğunu bildirib.

Qiymət artımındakı bu dəyişiklik market və restoran rəhbərləri arasında yeni müzakirələrə səbəb olub. Restoranda yemək və ya evdə yemək hazırlamağın iqtisadi cəhətdən daha sərfəli olub-olmaması ilə bağlı hər iki tərəfin fərqli fikirləri var. Yüksək qiymət artımlarını, yemək zamanı ödənilən bəxşişləri və restorana gediş-gəliş üçün ödənilən benzin qiymətlərini nəzərə alsaq, hər iki tərəf üçün tutarlı arqumentlər var.

Haddonun da qeyd etdiyi kimi, bu il ABŞ-da “Wendy’s” və “Burger King”də 5 dollarlıq yemək setləri təqdim olundu. “IHOP” və “Applebee’s” kimi şirkətlər 1 dollarlıq dəniz məhsulları və uşaqlar üçün pulsuz səhər yeməyi daxil olmaqla bir çox fürsətlər təklif edir. Digər tərəfdən, yüksək səviyyəli restoranlar qrupu olan “Union Square Hospitality Group”  təsisçisi Denni Meyer keçən həftə açıqlamasında belə deyib: “Şübhə yoxdur ki, restoran menyularındakı qiymətlər heç vaxt olmadığı qədər yüksəkdir”.

Qeyd edək ki, dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Ukraynanın fevralda Rusiya tərəfindən işğalı qlobal ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Bir çox kateqoriyalar üzrə tədarük davam etsə də, hələ də işğaldan əvvəlki səviyyələrə çatmayıb.

Araşdırma şirkəti “Capital Economics”in Şimali Amerika üzrə baş iqtisadçısı Paul Ashworth WSJ-yə bəyan edib ki, istehlakçıların ərzaq mağazalarından aldığı, lakin restoranlardan alınmayan un və ya qəhvə kimi xammalın qiymətləri çox artırılır.

“Fortune”un hesabatına görə, “Datasembly”nin araşdırması göstərir ki, 2021-ci ilin iyunundan 2022-ci ilin iyun ayına qədər ABŞ-da çips paketinin qiyməti 3.55 dollardan 4.90 dollara qədər, yəni 38% artıb. Xəbərdə Amerikanın pendir markalarından birinin qiymətində təxminən 15% artım olduğu bildirilib.

Digər tərəfdən sərfəli qiymətlərə yemək təqdim edən restoran şəbəkələri artan qida qiymətlərini yeni müştərilər cəlb etmək üçün bir fürsət hesab edir. “Applebee” və “IHOP” kimi “fast food” brendlərinin sahibi olan “Dine Brands Group”un Baş icraçı direktoru Con Peyton keçən həftəki bəyanatında analitiklərə bildirib ki, hər iki marka üzrə 75 min dollardan məhsulun satış gəlirləri müvafiq olaraq 6% və 8% artıb.

Xəbərə görə, kəndlərdə alış-veriş edənlər, aztəminatlı işçilər və gənclər ərzaq qiymətlərindəki artımın yükünü ən çox hiss edən təbəqələrdir.

Purdue Universitetinin Qida Tələbinin Təhlili və Davamlılıq Mərkəzinin yaxın vaxtlarda təqdim etdiyi hesabata görə, Z nəslinin qarşısında duran maneələr daha böyükdür. Araşdırmaya görə, Z nəslinin evlərinin təxminən üçdə biri son 30 gündə ən azı bir dəfə kilsədən və ya digər xeyriyyə təşkilatından yemək istəyib. Digər tərəfdən, “Baby Boomer” olaraq adlandırılan İkinci Dünya Müharibəsi ilə Soyuq Müharibə arasında doğulanların yalnız 8%-i belə bir müraciət edib.

Bu statistika gənc amerikalıların ümumilikdə daha az qazandığı faktı ilə üst-üstə düşür. Purdue Universitetinin Kənd Təsərrüfatı İqtisadiyyatı direktoru Ceyson Lask “Leonhardt”a bildirib ki, qida inflyasiyası əmək haqqı artımını üstələyir və ən aşağı gəliri olanları ən sərt şəkildə vurur”.

Lakin bir çox gənc və yüksək gəlirli amerikalılar gəlirləri əvvəlki kimi yüksək olmasa da, evdə yemək hazırlamağın uzunmüddətli perspektivdə daha sərfəli olduğunu düşünürlər. Son “Morning Consult” sonuncu sorğusuna görə, evdən kənarda yeməyin qiyməti digər mallara nisbətən daha yavaş artsa da, yüksək inflyasiya dövründə çöldə yemək ilk imtina olunanlardan biridir. Sorğuya görə, ABŞ-da yetkin insanların 64%-i inflyasiyanın ev əhalisinə təsirindən “çox narahatdır”. Restoran yeməklərini ümumiyyətlə “ixtiyari xərclər” hesab edən respondentlər ilk növbədə bu xərclərdən imtina etdiklərini bildirirlər.

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər