Mark Zukerberqə məxsus “Meta” şirkətində işləyən 28 yaşlı Austin Velss “evdən işləmək” üçün lüks “MV Narrative” kruiz gəmisinin otağını 12 il müddətinə icarəyə götürüb. Vells bu müddətdə gəmidəki bütün xidmətlərdən – yemək-içmək, hovuz, təmizlik, sağlamlıq xidmətləri, barlar və s. Beləliklə, o, hər ay ev kirayəsindən daha az pul ödəmiş olacaq.
Banker.az CNBC-yə istinadən xəbər verir ki, 22 kvadrat metrlik otağın 12 illik kirayə haqqı $300 000 təşkil edir. Gəmidəki bu otağın satış qiyməti isə $1 milyon-dan başlayır. Bu otağın aylıq kirayə haqqı $4500 təşkil edir. 28 yaşlı gəncin 12 il müddəti üçün ödədiyi məbləği aylara böldükdə aya $2083 düşür. Bu ödəniş Manhettendə oxşar mənzilin sadəcə kirayəsi ilə müqayisədə çox aşağıdır.
Bildirilir ki, gəmi 1000 gündə 6 qitəni gəzəcək və hər limanda 3 gün lövbər salacaq.
ABŞ-ın qərb sahilindəki saat qurşağında işləyəcək Vells bunu üstünlüyə çevirməyi planlaşdırır. Saat fərqinin çox olduğu bölgələrdə səyahət edərkən, Vells gün ərzində ətrafı gəzməyi, axşam saatlarında isə kompüter qarşısında oturub işləməyi hədəfləyir.