20 C
Baku
Monday, October 7, 2024

Everesti fəth etmiş ilk Azərbaycan alpinisti ABB-nin dəstəyi ilə tarixi səfərinə başladı!

®Everesti (8848 metr) fəth etmiş ilk Azərbaycan alpinisti olan İsrafil Aşurlı bu
dəfə də 8485 metr hündürlüyündə Makalu zirvəsini fəth etmək üçün Nepala yola
düşüb. O, qarşısına çox böyük hədəf qoyub. İsrafil Aşurlı dünyanın ən hündür 14
zirvəsində dövlət bayrağımızı ucaltmaq niyyətindədir. Layihə “Zəfər tacı” devizi
ilə həyata keçirilir və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr
olunub. Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB Azərbaycan
alpinistinin bu təşəbbüsünə dəstək verir.

Sözügedən 14 zirvə bütün dünyada alpinizmlə məşğul olan şəxslərin xəyalıdır. Həmin
zirvələr Himalay və Qaraqorum dağ silsilələrində yerləşir və “Dünya tacı” adlanır. Hər birinin hündürlüyü 8 min metrdən yüksəkdir.

Bunlar Everest (Nepal, Çin), Çoqori (K2, Pakistan, Çin), Kançencanqa
(Nepal, Hindistan), Lxotsze (Nepal, Çin), Makalu (Nepal, Çin), Ço-Oyu (Nepal,
Çin), Dxaulaqiri (Nepal), Manaslu (Nepal), Nanqaparbat (Pakistan), Annapurna
(Nepal), Qaşerbrum I (Pakistan, Çin), Broud-Pik (Pakistan, Çin), Qaşerbrum II
(Pakistan, Çin), Şişabanqma (Çin) zirvələridir.

Həmin zirvələrin hamısını fəth etmiş alpinist karyerasının ən böyük
nailiyyətini qazanmış sayılır. Onu da qeyd edək ki, tarix boyu bütün dünyada bu
zirvələrin hamısına 20 ölkədən cəmi 44 alpinist qalxa bilib. İsrafil Aşurlı isə bu
zirvələrdən 5-i artıq fəth edib. Makalu bu sırada 6-ci olacaq. 2025-ci ilə qədər o,
bütün zirvələrin fəthini başa çatdırmağa qərarlıdır. Əgər 14 zirvənin hamısını fəth
edə bilsə, İsrafil Aşurlı Cənubi Qafqaz regionunda belə bir nailiyyəti qazanmış ilk
alpinist kimi adını tarixə yazacaq.

Bankın səyahətsevərlər üçün nəzərdə tutulmuş ABB miles kartı səfərboyu
Azərbaycan alpinistinin ödənişlərini asanlaşdırır. Üstəlik, onun nağdsız
ödənişlərindən topladığı millər növbəti səfərlərinin daha az xərclə başa gəlməsinə
kömək göstərir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər