5 C
Baku
Friday, March 29, 2024

“Everton” klubunun səhmləri satılmayacaq – Yenilənib

İngiltərə Premyer Liqasında çıxış edən “Everton” futbol klubu satışa çıxarılıb.

İran əsilli britaniyalı iş adamı Farhad Moşiri Mersisayd təmsilçisini satmaq niyyətindədir.

O, 500 milyon funt sterlinqdən çox olan təklifləri nəzərdən keçirməyə hazırdır. Artıq bir neçə potensial alıcı öz maraqlarını ifadə edib. Satış prosesi Deloitte tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Farhad Moşiri 2016-cı ildən “Everton”un sahibidir. Klub ötən gün baş məşqçi Frenk Lempardı istefaya göndərib.

***

İngiltərənin “Everton” futbol klubunun səhmləri satılmayacaq.

Bunu klubun prezidenti Fərhad Moşiri deyib. Moşiri açıqlamasında bildirib ki, bu tip xəbərlər həqiqəti əks etdirmir.

O, klub azarkeşlərindən üzr istəyib və tezliklə komandanın yeni qələbələrlə geri qayıdacağına söz verib. Son 14 oyundan yalnız birində qələbə qazanan “Everton” sonuncu turda baş məşqçisi Frenk Lempardla da yolları ayırıb.

Klub rəhbəri azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını, hazırkı vəziyyətin komandanın yaşadığı ən çətin anlar olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl “Guardian” nəşri klubun səhmlərinin 500 milyon funt sterlinqə satışa çıxarılacağı ilə bağlı məlumat yaymışdı.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər