Müəllif: Xəyal İsmayılov
Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir gəlir vergisindən azaddır. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən məbləğdən onun alış qiyməti və həmin əmlakla bağlı çəkilmiş xərclər müvafiq təsdiqedici sənədlər əsasında çıxıldıqdan sonra qalan məbləğ daşınmaz əmlakın satışından gəlir hesab edilir. Bu gəlir 30 000 manatadək olduqda 14 faiz, 30 000 manatdan çox olduqda isə 4200 manat üstəgəl 30 000 manatdan çox olan hissənin 25 faizi olmaqla gəlir vergisi tutulur. Belə gəlir əldə edəm şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, gəliri əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanında uçota durmalıdır. Belə əməliyyat qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində həyata keçirilən əməliyyat hesab edilir və məbləğindən asılı olmayaraq ƏDV-nin vergitutma obyektini yaratmır.