Hər səhər gözümüzü açıb yeni bir günə başladığımız zaman hansı hadisələrlə qarşılaşacağımızdan xəbərdar olmuruq. Normal şəkildə bir çoxları durub qapısını bağlayıb işlərinə gedir və bir də axşam geri qayıdırlar. Bəzən isə elə ola bilərki, qonşu zəng edir ki, bəs eviniz yanır, bəs bu zaman neynəyəcəksiniz? Bu zaman ilk düşündüyünüz evinizin nə vəziyyətə düşməsidir. Bəlkə də yeni təmir etdiyiniz eviniz və ya kreditə aldığınız mebellərdən əsar əlamət qalmayacaq. Bu isə baş verən əsl bədbəxt hadisədir və bəlkə də bir neçə il borcunuzdan qurtara bilməyəcəksiniz.
Lakin bir də düşünün ki, bu hadisələrlə qarşılaşsanız belə bu xərcləri ödəməyəcəksiniz. Bu isə sizin üçün lap göydən düşmə olardı. Əgər siz vaxtında mənzilinizin sığortasını etsəniz evinizin başına bədbəxt hadisə belə gəlsə, onları yenidən qaytarmağınız çox asan olacaqdı.
Lakin bəzi insanlar elə düşünürlər ki, evimi sığorta edib elavə pul ödəməkdənsə, sadəcə bir az diqqətli olsam kifayyətdir.
Sığorta ilə bağlı qısaca bir haşiyəyə çıxaraq, sığorta ilə bağlı xarici ölkələr ilə bizim sığorta haqqında düşüncələrini qeyd etmək istərdim. Yuxarıda da qeyd etdiyim ki, bizim ölkədə əhalinin bir çox hissəsi sığortanı sadəcə olaraq boşuna xərc hesab edirlər və sığorta etdirməkdənsə gedib hər hansı başqa vacib olan promlemlərini həll etməyi fikirləşirlər. Lakin xaricdə bir çox məsələlərdə olduğu kimi sığorta haqqında da düşüncələr fərqlidir. Yəni xaricdə insanlar təbii fəlakət , yanğın , partlayış kimi risklərdən az ziyanla çıxmaq üçün əmlaklarını sığortalayırlar. Məşhur bir deyim də var ki, əmlak nə qədər bahalıdırsa, onu itirmək qorxusu da bir o qədər yüksəkdir. Bu da o deməkdir ki, xaricilər bu deyimə daha çox riayət edirlər.
Banker.az saytı olaraq, sığorta haqqında fikirlərinizi dəyişə bilməyiniz və evinizin başına təbii fəlakət və ya yanğın baş verdiyi zaman çarəsiz qalmamağınız üçün sizə mənzilinizin sığortası zamanı çıxan xərclərə aydınlıq gətirmək qərarına gəldik.
Evinizin yanğın və ya ya digər hadisələrdən sığortalanması zamanı ümumi olaraq sizdən aşağıdakı xərclər çıxacaq. İllik sığorta haqqı mənzilin qiymətindən asılı olaraq müəyyən olunur. Cədvələ nəzər yetirək.
Mənzilin qiyməti |
İllik sığorta haqqı |
200 000 AZN -ə qədər |
0.3% |
200 000 –dən 1 000 000 AZN-ə qədər |
0.25% |
1 000 000- dan yuxarı |
0.2% |
Ümumiyyətlə bütün sığorta şirkətlərində icbari sığortanın şərtləri eynidir. Evin dəyəri 250 000 AZN məbləğinə qədər olan bütün evlərin sığortası üçün 50 AZN sığorta haqqı tutulur. Sığorta üçün azadolma yəni franşıza isə 250 AZN-dir.
Könüllü sığorta zamanı isə, demək olar ki, əlaqə saxladığımız sığorta şirkətlərində sığorta haqqının isə mənzilin təxminən 0.3%-də olduğunu söylədilər. Bu faizi isə o qədər də böyük məbləğ hesab etmək olmaz, ona görə də çalışın evinizi sığortaladın və heç bir zaman pis vəziyyətə düşməyin.