10 C
Baku
Sunday, December 22, 2024

Evinizin təhlükəsizliyi üçün nə qədər ödəyərsiniz?

Bir müddət öncə sizə daşınmaz əmlak sığortasının nə olduğu haqqında məqalə təqdim etmişdik. İndi isə sizi bu məqalədə evinizin  sığortalanması zamanı baş verəcək prosedurlarla tanış etmək istərdik.

Evdən çıxarkən bir daha “qazı söndürmüşəm?, cərəyanı çıxarmışam?” və s.  düşüncələr bizi narahat edir. Çünki evimizin başına gələcək hadisələr bizi narahat edir. Evdən çıxarkən rahat işlərimizi görə bilmək və ya məzuniyyətə getdiyiniz zaman rahat istirahət edə bilməyiniz üçün evinizi sığortalamağınız kifayətdir.

Bu zaman siz ilk növbədə sığorta şirkətinə daşınmaz əmlakınızı sığortalamaq istədiyinizi bildirirsiniz. Daha sonra isə sığorta şirkətinin əməkdaşları sizin evinizə baxış keçirəcəkdir. Evinizin qiyməti müəyyən edildikdən sonra  müraciətinizə əsasən şirkət sizinlə  müqavilə bağlayacaqdır.  Müqavilənin bağlanması üçün isə sizdən bir neçə sənədlər  (şəxsiyyət vəsiqəsi və kupça ) tələb olunacaqdır.

Misal, sizin eviniz 100 000 AZN dəyərindədir. Bu zaman siz şirkətdən də asılı olaraq illik təxminən 300 AZN dəyərində ödəniş etməlisiniz. Həmçinin əgər evinizə təbii fəlakət olan zəlzələ nəticəsində külli miqdarda  zərər dəyərsə o zaman həmin məbləğin 2 %-də, digər hadisələr baş verdiyi zaman isə 1% -də franşız ödəməli olacaqsınız. Yəni 100 000 AZN dəyəri olan eviniz əgər yararsız hala düşər və təmiz məhv olarsa bu zaman şirkət hadisədən asılı olaraq 99 000 AZN və ya 98 000 AZN  məbləğində pulu sizə ödəniş edəcək.

Bununla yanaşı siz əmlakınızı evinizdə olan avadanlıqlarla birgə də sığortalaya bilərsiniz. Bu səbəbdən də müqavilə təqdim olunan zaman bütün istəklərinizi bildirməlisiniz.
Sığorta müqaviləsi bağlanmamışdan əvvəl sığorta etdirən yəni siz,  ərizədə sığorta edən şirkətin bilməli olduğu  bütün məlumatlar barədə qərar qəbul etməsinə təsir göstərə biləcək maddi xarakterli amillər və ya şərait haqqında məlumat verməyə borclusunuz. Əgər siz  bu məlumatları təqdim etməsəniz sığortaçının sizinlə müqavilə bağlamaqdan imtina etməyə tam hüququ çatır. Buna görə də əmlakınıza aid olan bütün məlumatları banka təqdim etməyinizdə fayda var.

homeSığorta riskləri hansılardır:

•    Yanğın, ildırım çaxması, partlayış
•    Fırtına, tufan, qasırğa
•    Sel (daşqın), Subasma, Torpaq sürüşməsi
    Üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri
•    Zəlzələ
•    Tullantıların təmizlənməsi
•    Şüşələrin sındırılması
    Oğurluq və s.

Bəzən isə elə vəziyyət yaranır ki, şirkət sığorta əmlakını sığorta edən şəxsə  ödənişlər etməkdən imtina edir. Bu hansı vəziyyətdə baş verir?

Misal üçün əgər əmlakı sığorta olunan şəxs qəsdən öz evinə  zərər verərsə və şirkətə  yalan məlumat verərək əlavə gəlir əldə etmək istəyərsə, bu zaman təbii ki, sığorta şirkəti həmin məlumatın yalan olduğunu ifşa edəcək və sığorta ödənişlərini davam etdirməkdən imtina edəcək.

Hansı hadisələr baş verdiyi zaman sığorta şirkəti ödənişlər etməkdən imtina edə bilər:

sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

  • sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
  • hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
  • qrunt sularının səviyyəsinin dəyişməsi;
  • suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Sonda onu da qeyd edək ki, evinizə zərər gəldiyi zaman “kaş ki, daha öncədən sığortalayardım” deməkdənsə, elə indidən sığorta haqqında fikirlərinizi bir daha gözdən keçirin. Çünki, sonrakı peşmançılıq fayda verməz..

Son xəbərlər
Digər xəbərlər