13 C
Baku
Friday, November 22, 2024

Evləri sökülən sakinlərə kompensasiya verilərkən nələr nəzərə alınmalıdır? – ARAŞDIRMA

Bəzi MTK-lar söküntü işləri apararkən sakinlərə kompensasiyanı bazar qiymətindən aşağı təklif edirlər. Bu da haqlı olaraq sakinlərlə şirkət arasında narazılığa səbəb olur.

Ərazidəki evləri sökərək yerində binalar inşa edən bəzi tikinti şirkətləri həmin yerdə yaşayan şəxslərə ərazi üzrə kv/m sahənin real qiymətini təklif etmir.

Ekspertlər də təsdiqləyir ki, mənzillərin qiyməti ildən ilə dəyişsə də tikinti şirkətlərinin verdiyi məbləğ dəyişmir.

Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, ödənilən kompensesiya yerləşdiyi ərazi və evin sahəsinə görə hesablanmalıdır. Əgər şəxsin əlavə tikintisi varsa bu da hesaba alınmalıdır.

Ekspert deyir ki, MTK həmin ərazidə inşa etdiyi binadan vətəndaşa kompensasiya olaraq mənzil verəcəksə onun da kv/m sahəsini mütləq müqavilədə qeyd etməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Son xəbərlər
Digər xəbərlər