8 C
Baku
Friday, December 13, 2024

“Evrascon” 2.5 milyon manat mənfəət açıqladı

Avro-Asiya İnşaat Korporasiyası – “EVRASCON” ASC 2022-ci ili 2 milyon 512 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə ASC-nin mənfəəti 2 milyon 117 min manat olub ki, bu da illik müqayisədə 19% artım deməkdir.

Banker.az bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “EVRASCON”un əsas əməliyyat gəlirləri 103 milyon 813 min manat (əvvəlki ilə nisbətən 44% çox), satışının maya dəyəri 98 milyon 934 min manat (39% çox), sair əməliyyat gəlirləri 3 milyon 79 min manat, inzibati xərcləri 1 milyon 440 min manat , maliyyə gəlirləri 1 milyon 779 min manat, maliyyə xərcləri 2 milyon 462 min manat, mənfəət vergisi ödəmələri isə 628 min manat təşkil edib.

Xatırladaq ki, “EVRASCON” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.

Son xəbərlər
Digər xəbərlər