12 C
Baku
Sunday, October 27, 2024

“Evrascon” ASC-nin Direktorlar Şurasının səlahiyyətinə xitam verilir

Şirkətin rəhbərliyi yenidən formalaşdırılacaq.

İyunun 25-də “Evrascon” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Şirkətin yaydığı elana istinadən, yığıncağın gündəliyinə çıxarılan məsələlər bunlardır:

– 2016-cı il maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı və həmin ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;

– Direktorlar Şurası, Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddətlərinə başa çatdığına görə xitam verilməsi;

– Direktorlar Şurasının tərkibinin seçilməsi;

– Direktorlar Şurasının sədrinin seçilməsi;

– Təftiş Komissiyasının tərkibinin seçilməsi;

– Dividendlərin hesablanması.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Son xəbərlər
Digər xəbərlər