İyunun 25-də “Evrascon” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Şirkətin yaydığı elana istinadən, yığıncağın gündəliyinə çıxarılan məsələlər bunlardır:
– 2016-cı il maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı və həmin ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;
– Direktorlar Şurası, Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddətlərinə başa çatdığına görə xitam verilməsi;
– Direktorlar Şurasının tərkibinin seçilməsi;
– Direktorlar Şurasının sədrinin seçilməsi;
– Təftiş Komissiyasının tərkibinin seçilməsi;
– Dividendlərin hesablanması.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.