Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə! 25 iyun 2023-ci il tarixdə, saat 11:00-da Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəliyə çıxarılan məsələlər:
1. Cəmiyyətin 2022-ci il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;
2. Cəmiyyətin 2022-ci ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi haqqında;
3. 2022-ci il üzrə dividendlərin hesablanması və ödənilməsi. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: AZ 1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 8-dir. (Nərimanov heykəlinin arxası)
“Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manatdır və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Məlumata əsasən, “Evrascon” ASC-nin 2 303 319.96 manat vergi borcu var.