10 C
Baku
Saturday, November 23, 2024

“Evrascon” şirkəti “Azercell”i məhkəməyə verdi

“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyəti “Azercell Telekom” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Evrascon” ASC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Evrascon” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.

Son xəbərlər
Digər xəbərlər