18 C
Baku
Wednesday, May 7, 2025

“Evrascon”a sədr seçiləcək

27 iyun 2025-ci il tarixində, saat 19:00-da Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin 2024-cü il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;

2. Cəmiyyətin 2024-cü ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;

3. 2024-cü il üzrə dividendlərin hesablanması və ödənilməsi;

4. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin seçilməsi;

5. Cəmiyyətin Direktorlar Şurasının sədrinin seçilməsi;

6. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin seçilməsi.

Ünvan Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 8-dir (Nərimanov heykəlinin arxası).

Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) 1968-ci ildə Bakıda SSSRİ-in nəqliyyat tikintisi Nazirliyi yanında yaradılmışdır və “Mostootryad-100” kimi öz fəaliyyətinə başlamışdır. 2001-ci ildə həyata keçirilmiş özəlləşdirmənin nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. 2013-cü ildə “Azərkörpü” ASC-də həyata keçirilmiş rebrendinq nəticəsində şirkətin adı Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” adı ilə əvəz edilir.

Son xəbərlər
Digər xəbərlər