12 C
Baku
Wednesday, December 11, 2024

Evsiz insan ikinci əl idman ayaqqabıları mağazasını necə açdı – “Urban Necessities” hekayəsi

İşdən qovulan Ceysi Lopes ayaqqabı satmaqla məşğul olmağa qərar verdi. O, 2014-cü ildə ikinci əl idman ayaqqabıları bazarında ən böyük oyunçuya çevrilən Urban Necessities mağazasını açdı. 

2001-ci ildə Puerto-Riko sakini Ceysi Lopes Dallasdan Las-Veqasa gəlir. Cibində anasının verdiyi 20 dolları oyun avtomatlarında artırmağı qərara alan Ceysi uduzur. Növbəti altı ay ərzində o, çöldə yaşayır: zibil yeşiklərindən yeyir, fəvvarələrdə çimir, dilənçiliklə məşğul olur və avtobusa bilet almaq üçün boş butulka satır. 

Lopes ən uzun avtobus marşrutlarını əzbərləyirdi və daha uzun müddət isti yerdə qalmaq üçün yalnız onlardan istifadə edirdi. Günlərin birində Lopes mağaza qarşısına böyük növbə görür: insanlar buraxılşı bir neçə gün sonraya planlaşdırılan idman ayaqqabısı almaq üçün gözləyirdilər. O, idman ayaqqabılarını hamıdan tez alan, sonra isə onu daha sərfəli qiymətə satanları da gördü. 

Bir müddət sonra Lopes AT&T telekommunikasiya şirkətində işə düzəldi və orada gələcək həyat yoldaşı Coani Baranqan ilə tanış oldu. Qeyd edək ki, Lopes şirkətdə çox qalmadı: o, səhhətindəki problemlərə görə işdən qovuldu. 

Lopes əməkhaqqını biri 250 dollara 18 cüt Nike Barkley Posite Max Area 72 ayaqqabısına xərclədi. Bu ayaqqabı NBA All-Star kolleksiyasının ən populyar modellərindən biri idi. Lopes aldığı ayaqqabıları biri 450 dollara sataraq 3 min dollardan çox pul qazandı. 

названия

İlk uğurlu təcrübədən sonra Lopes şəhəri gəzməyə və satmaq üçün bir neçə model idman ayaqqabısı almağa başladı. Biznes həmişə yaxşı olmurdu: bir dəfə o sağ qalmaq üçün 220 cüt ayaqqabını aşağı qiymətə satmalı oldu. Bu pul ona altı aya kifayət etdi, sonra Lopes dostugilə köçdü. 

Las-Veqada keçirilən kiçik sərgidən əvvəl Lopes əvvəlki müştərilərindən geyinmədikləri ayaqqabıları ona qaytarmağı xahiş etdi. Cəmi iki həftə ərzində 684 cüt ayaqqabı toplandı. Qiymətindən asılı olmayaraq Lopes satdığı hər cütə görə 20 dollar özünə götürürdü, pulun qalan hissəsini isə ayaqqabının sahibinə qaytarırdı. 

Urban Necessities

2014-cü ilin sentyabr ayında Lopes rəsmi olaraq Las-Veqasdakı ən qədim ticarət mərkəzi olan Boulevard Mall-da Urban Necessities mağazasını açdı. 2014-cü ilin sonunda, ilk 3.5 aylıq fəaliyyətində mağaza 1 milyon dollarlıq satış həyata keçirtdi. Cəmi dörd ilə Urban Necessities Las-Veqasın ən böyük mazalarından birinə çevrildi. 

2021-ci ilin may ayında mağaza Caesars Palace ticarət mərkəzinə köçdü. Onun mərkəzində 47 metrlik idman ayaqqabısı rəfi quraşdırıldı. Ümumilikdə, Urban Necessities-də 4 mindən çox ayaqqabı satılırdı. 

названия 2

2014-cü ildən 2021-ci ilə qədər 40 mindən çox insan ayaqqabılarını bu mağazaya təhvil verdi. “Hər şey sözün əsl mənasında bir cüt ayaqqabıdan başladı. Ancaq altı il yarım ərzində satışlarımız 100 milyon dollara çatdı, onlardan 90 milyon dolları ayaqqabı sahiblərinə geri qaytarıldı”, – Ceysi Lopes. 

Lopes həmçinin mağazasının “ölkədəki ən aşağı komissiya nisbətinə” sahib olduğunu qeyd edir: hər satışdan cəmi 10% və ya 20 dollar. Müqayisə üçün The Undefeated ən populyar iki idman ayaqqabıları satışı platformasının komissiyasını nəzərdən keçirməyi təklif edir – 25% (GOAT) və 13%. (StockX)

“Pərakəndə satıcıların etdiyi ən böyük səhvlərdən biri – alıcını ikinci, üçüncü və ya dördüncü dəfə geri qayıtması üçün kifayət qədər səy göstərməməsidir. Hamı müştərini bir dəfə mağazaya cəlb edə bilər, lakin bizim üçün müştərinin mağaza haqqında müsbət danışmağa davam etməsi və ölkənin digər ucundan gəlmək istəməsi vacibdir”, – Lopes.  

Son xəbərlər
Digər xəbərlər