12 C
Baku
Saturday, November 23, 2024

Exceli bilməyənlərin oxumalı, bilənlərin mütləq oxumalı olduğu kitab

Ölkəmizdə peşəkar iş mühitində ən çox istifadə edilən proqramlarından biri də MS Excel proqramıdır. Bu proqram Microsoft şirkəti tərəfindən hazırlanan Office proqramları paketinə daxildir. İstənilən müəssisənin komputerində bu proqramın qurulu olmasını iddia etsək, yəqin ki, yanılmarıq. İş elanları saytlarında orta statistik elana diqqət etsək görərik ki, bu proqram üzrə müəyyən biliklərin olmasını tələb edirlər. Bu proqram vasitəsi ilə sadə cədvəllərdən tutmuş mürəkkəb analizlərədək işləri yerinə yetirmək mümkündür.

Azərbaycan dilində də Excel biliklərinə olan həddən çox tələbi nəzərə alaraq INNAB komandasının üzvü, eyni adlı saytda “55 Dərsə Excel” video dərsliklərinin müəllifi Nahid Nəsirov tərəfindən “55 Dərsə Excel” adlı Excel kitabı nəşr edilmişdir. Bu Excel dərsliyində Excelin A-dan Z-ə bütün əmrləri (Macro xaric), 222 funksiyası izah edilmişdir. Kitabın mündəricat və mövzuların yazılış ardıcıllığı proqramın əmrləri ilə uyğunluq təşkil edir. Bu da oxuculara qarşılarına çıxan problemlə bağlı anında köməklik etməyə imkan verir.

Kitab avqust ayında birinci dəfə nəşr edilmişdir. Cəmi 15 günə nəşr edilən 500 kitabın hamısı satılmışdır. Artıq, 100-dən çox dövlət və özəl müəssisələrin əməkdaşı bu kitabdan faydalanır.

Kitabı sadə dillə, amma dərin bilikləri əhatə edəcək səviyyədə yazılıb. Bu stolüstü bir kitab olduğuna görə birnəfəsə oxumağınıza ehtiyac yoxdur. Tövsiyə edirik ki, komputerinizdə Excel proqramında oxuduqlarınızı tətbiq edəndən sonra növbəti mərhələyə keçəsiniz.

Kitabı linkdə daxil olaraq və ya 050 290 6121 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə bilərsiniz.

Kitabda olan bəzi mövzulara dair nümunələrə bu linkdən baxa bilərsiniz. Kitabı aşağıdakı infoqrafiyada göstərilən ardıcıllıqla ön sifariş edə bilərsiniz.

Kitaba dair video rolikə bu linkdən baxa bilərsiniz.

Qeyd: Kitabımızı əldə edən hər bir oxucumuzu  innabCell – Peşəkar İnsanların Şəbəkəsinə əlavə edirik. Şəbəkəyə üzv olan insanlar üçün mütamadi olaraq seminarlar, tədbirlər və digər sosial fəaliyyətlər düşünülmüşdür. Hər bir kitaba görə innabCell-də bir xana nəzərdə tutulmuşdur.

http://bit.ly/2e3PpAN

 

 

Son xəbərlər
Digər xəbərlər