“Excelsior Hotel Baku” oteli marketinq və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək

Korporativ Sosial Məsuliyyət çərçivəsində “Excelsior  Hotel  Baku”    ali məktəblərin yuxarı kurs tələbələrinə  marketinq,  satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirməyi planlaşdırır. Təlimin keçirilməsi 26 aprel 2014-cü il tarixində “Excelsior  Hotel  Baku”  otelinin biznes-mərkəzində  nəzərdə tutulur.  Təlimdə iştirak etmək istəyən şəxslər dzamanova@ataholding.az elektron ünvanına  məktub yazaraq müraciət edə bilərlər. Məktubda şəxsi məlumat və təhsil müəssisəsinin adı qeyd olunmaqla tələbə biletinin/qiymət kitabçasının skan olunmuş  versiyası əlavə edilməlidir.

Təlim “Excelsior  Hotel  Baku”   otelinin Marketinq və Satış Departamentinin Direktoru Damla Bayık və “AtaHolding” şirkətinin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçiriləcək.  Təlim əsasında Damla xanım iştirakçıları marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplər ilə tanış edəcək. Dilarə Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv Ictimaiyyətlə Əlaqələr işinin qurulması əsasında  təmin edilməsi üzrə əsas metod və texnologiyalardan bəhs edəcək.