21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Excelsior Hotel”in baş direktoru dəyişib, kapitalı 2.7 dəfə artırılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Hazırda “PMD Hospitality” MMC-nin idarəetməsində olan hotelin rəhbəri dəyişib, kapitalı 2.7 dəfə böyüdülüb.

Banker.az-a daxil olan məlumata görə, 5 ulduzlu “Excelsior”un idarə edici şirkəti “Excelsior Hotel” MMC-nin Baş direktoru  Cəmilə Şəfiyeva İbrahim qızı vəzifəsindən azad edilib.

Onun yerinə Elvin Rəhimov Fazil oğlu təyin edilib.

E.Rəhimov buna qədər “PMD Hospitality”nin “Naftalan Qashalti Hotel”də Maliyyə meneceri kimi çalışırdı.

Digər önəmli məsələ isə Bakının Heydər Əliyev prospeltində yerləşən “Exvelsior Hotel”in nizamnamə kapitalının 2.73 dəfə artırılmasıdır. Şirkətin avqusta qədər nizamnamə kapitalı 100 min manat olaraq rəsmləşdirildiyi halda, bu hazırda 273 min manata qaldırılıb.

“Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb. Bu tarixdən etibarən “PMD Hospitalty”nin idarə etməsinə keçib. Buna qədər isə hotel özü “Ata Holdinq”in idarəetməsində idi.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər