31 C
Baku
Wednesday, August 10, 2022

“Exchang”lərin lisenziyalarına baxma səlahiyyəti fərmana əlavə edilib

Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 14.1-ci bəndinə “lombardlara” sözündən sonra “, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə” sözləri əlavə edilsin.” – deyə məlumatda deyilir.

Beləliklə, Maliyyə Bazarlarına Nəzarət Palatası bundan sonra “exchange”lərə lisenziyalarını yoxlayann dövlət orqanı olacaq.

Son xəbərlər
Oxşar xəbərlər