33 C
Baku
Wednesday, July 16, 2025

“Exol Azerbaijan”ın ötən il gəlirləri azalıb

Balaxanı Sənaye Parkının rezidentlərindən biri olan “Exol Azerbaijan” QSC 2024-cü ili 2 milyon 381 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 2 milyon 77 min manat olub ki, bu da illik müqayisədə 15% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Exol Azerbaijan”ın əsas əməliyyat gəlirləri 6 milyon 151 min manat (əvvəlki ilə nisbətən 0.6% az), satışın maya dəyəri 3 milyon 547 min manat (əvvəlki ilə nisbətən 4% az) təşkil edib.

2024-cü il 31 dekabr tarixinə “Exol Azerbaijan”ın cəmi aktivləri 2 milyon 164 min manat olub ki, bu da 2023-cü ilə nisbətən 0.7% artım deməkdir. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 1 milyon 418 min manatdan 1 milyon 804 min manata çatıb, cəmi kapitalı isə 730 min manatdan 359 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər