29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilib.
Banker.az-a BFB-dən bildirilir ki, bu səhmlər üçün 3 investor sifariş verib.
Buna qədər səhmlərin 100%-i Svetlana İsayeva Cəmil qızına məxsus idi.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7-11 iyun 2024-cü il tarixi aralığında yekunlaşıb.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Express Lombard” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025894 |
| Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
| Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
| Səhmlərin sayı | 5,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 200 manat |
| Buraxılış həcmi | 1,000,000 manat |
| Hərrac qiyməti | 200 manat |
| Reallaşdırılmış həcm | 996,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 996,000 manat |
| İnvestor sayı | 3 |
| Sifariş sayı | 3 |
| Anderrayter | “Capital Partners İ.Ş” QSC |







